Litvada koronavirusa yoluxanların sayı 382 nəfərə çatıb


Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 24 nəfər artaraq 382-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 6900 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə götürülən 1405 nəfərin analizinin 24-nün nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 5 ölüm hadisəsi qeydə alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu