Vatikan Papa və ən yaxın köməkçisində koronavirusun olmadığını açıqlayıb


Vatikan nümayəndəsi Matteo Bruni şənbə günü Papa Fransiskin yaşadığı iqamətgahda koronavirusa qarşı test nümunələrinin götürüldüyünü bildirib. 

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, qeyd edilib ki, aparılan sınaqlar zamanı 83 yaşlı Papanda və ən yaxın köməkçisində koronavirusun əlamətləri aşkarlanmayıb. 

Bruninin sözlərinə görə, Vatikanda 170 nəfər üzərində analoji testlər aparılıb: “Ümumilikdə altı nəfərdə testin cavabı müsbət olub. Nə məndə , nə Müqəddəs Atada, nə də ki ən yaxın köməkçisində yeni virusun olmadığını təsdiqləyə bilərəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu