Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb


Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb, bununla da ölənlərin ümumi sayı 3-ə yüksəlib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vahid məlumat mərkəzi 

Facebook səhifəsində məlumat yayıb: 

"Yerevanın “Nork” yoluxucu xəstəliklər xəstəxanasında koronavirusdan daha 2 nəfər ğlüb. Dünyasını dəyişənlər 55 yaşlı qadın və 73 yaşlı kişidir”. 

Qeyd edək ki, Ermənistanda movcud vəziyyətlə əlaqədar martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Son rəsmi məlumatlara görə görə, ölkədə 407 yoluxma hadisəsi aşkar edilib. Martın 25-dən 31-dək strateji obyektlər istisna olmaqla bütün müəssisə və təşkilatların işi müvəqqəti dayandırılıb, vətəndaşların hərəkətinə məhdudiyyət qoyulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu