Qusarda oğul anasını qətlə yetirib


Qusar rayonu ərazisində qətl hadisəsi baş verib. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xurel kəndində qeydə alınıb.  Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Raifə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.   

Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 



Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu