"Hər bir vətəndaş Prezdentin tapşırıq və tövsüyyələrindən nəticə çıxarmalıdır" - Millət vəkili


“Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın”.

Bunu Prezident İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında çıxışı zamanı deyib.

Prezident bildirib ki, yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər, bunu onlar başa düşməlidirlər:


“Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir”.

Dövlət başçısının toxunduğu məqamları "Sherg.az"a dəyərləndirən millət vəkili Azər Badamov bildirib ki, "COVİD-19" la mübarizədə tətbiq olunan karantin rejimində bəzi vətəndaşların  məsuliyyətsizliyi ilə bağlı ölkə başçısının qeyd etdiyi fikirlərindən hər bir şəxs nəticə çıxarmalıdır:

"Prezident tərəfindən çox düzgün olaraq qeyd olundu ki, bir məsuliyyətsiz vətəndaşın virusa yoluxması onlarla həkimin həyatını yoluxma riski ilə üz-üzə qoyur. Ötən gün açılışı həyata keçirilən ən müasir xəstəxananın koronavirus xəstələrinin müalicəsinə verilməsi göstərir ki, dövlət başçısı hər şeydən əvvəl vətəndaşların sağlamlığını düşünür. "Biz birlikdə güclüyük". Ona görə də hər bir vətəndaş Prezdentin tapşırıq və tövsüyyələrindən nəticə çıxarmalıdır" .

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu