Azərbaycanda əlləri dezinfeksiya etmək üçün vasitənin istehsalına başlanıb


Azərbaycanda əllərin dezinfeskiya olunması üçün vasitənin istehsalına başlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Musavat.com-a verilən məlumata görə, qurum əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib.

Yerli “Laric Chemical” şirkəti tərəfindən istehsal olunan əl dezinfeksiya edici vasitə hazırda istehlakçılara, idarə və müəssisələrə 1 və 5 litrlik qablarda təqdim olunur. Hazırda müəssisə tərəfindən bu məhsulun 400 və 500 ml qablarda qablaşdırılması, eləcə də dezinfeksiya edici gelin istehsalı istiqamətində iş aparılır.

“Laric Chemical” şirkəti 2017-ci ildən yuyucu və təmizləyici məhsulların istehsalı ilə məşğul olur.

KOBİA koronavirus pandemiyası ilə bağlı əhalinin tibbi spirtə, əl dezinfeksiya edici vasitələrə olan təlabatının daha dolğun ödənilməsi üçün sahibkarlıq subyektlərinin bu istiqamətdə təşəbbüslərini dəstəkləyir və səlahiyyətləri çərçivəsində belə məhsullar istehsal etmək istəyən sahibkarlara dəstək göstərir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu