"Dövlətimizə minnətdaram" - Polşadan gələn tələbə karantindən danışdı


İki gün əvvəl Polşadan gələn həmvətənimiz, hazırda təhsilinin magistratura pilləsini davam etdirən Aqşin Yusifov karantinə alınıb.

O, Azərbaycan hökumətinin Polşadan gətirdiyi digər soydaşlarımız kimi hazırda Lerikdə yerləşən istirahət mərkəzindədir. A. Yusifov "Sherg.az"a açıqlamasında onlara göstərilən diqqət və qayğıdan danışdı:

"Azərbaycana çatan kimi bizi qarşıladılar və bura gətirdilər. Sağ olsunlar, rahatlığımız, sağlamlığımız üçün hər şeyi nəzərə alıblar. Gündə üç dəfə yemək verirlər. Otaqlarımızda spirt, tibbi maska var. Bəzi yoldaşlarımızda hərarət və quru öskürək olduğuna görə onları bizdən ayırıblar. Onu da deyim ki, Polşada nəinki azərbaycanlıları, heç bir qeyri- milləti düşünmürdülər. Bizi unutmadığına görə dövlətimizə minnətdaram".

 Magistrant, həmçinin Polşadakı şərait haqqında da danışıb:

"Koronavirusla bağlı orada da vəziyyət pisdir. İnsanların təxminən 30 faizi məsələyə biganə yanaşır, qalanları isə problemin ciddiliyini başa düşürlər. Apteklərdə spirt, tibbi maska tapmaq olmur. Azərbaycanda bu ləvazimatların qiymətlərinin bahalığından şikayət edirlər, Polşada isə qiymətlər dəfələrlə bahadır".


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu