"Peşəkar jurnalistlərimizi  sevgi ilə bağrıma basıram" - Professor                   

Cahangir Məmmədli

 Bu gün Azərbaycan həkimləri, polisləri, bir sıra vacib əhəmiyyətli idarə sisteminin işçiləri kimi jurnalistlərimiz də gücləndirilmiş iş şəraitində çalışmaqdadırlar.

Xüsusilə telekanallarımızın informasiya proqramının reportyorları, qəzətlərimizin elektron versiyaları, bir sıra populyar saytlarımızın əməkdaşları koronavirusla bağlı ardıcıl və inadcıl şəkildə çox vacib maarifləndirmə fəaliyyəti göstərirlər. Mən çətin və riskli vəziyyətdə çalışan həkimlərimizə, ayıq- sayıq polisimizə, düşmənə sipər olan ordumuza canı- dildən minnətdaram. Eləcə də bu sahədə informasiya və maarifləndirməni şəraita uyğun olaraq qat- qat gücləndirmiş, infodemiyanın qarşısını almış mətanətli, peşəkar və doğma jurnalistlərimizi də eyni sevgi ilə bağrıma basıram və bütün media qurumlarının rəhbərlərinə müraciət edirəm: ön cəbhədə olan jurnalistlərimizin əmək haqlarını mümkün qədər artırmağa nail olsunlar. 
KİVDF-nin resursları yalnız və yalnız bu sahəyə yönəldilməlidir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu