"Dövlət başçısına minnətdaram, həkimlərə münasibət dəyişəcək" - Adil Qeybulla



Dünən Azərbaycan  prezidenti İlham Əliyev və xanımı, birinci vitse- prezident Mehriban Əliyeva "Yeni klinika" tibb müəssisinin açılışında iştirak ediblər.

Açılış nitqi zamanı dövlət başçısı  Azərbaycan hakimlərinin əməyini yüksək qiymətləndirərək, onların ön cəbhədə mübarizə apardıqlarını nəzərə çatdırıb. İlham Əliyev bildirib ki, tibbi işçilərimiz əsl peşəkarlıq və iradə nümayiş etdirərək, mövcud təhlükənin qarşısını almaq üçün səylə çalışırlar. 

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla "Sherg.az"a açıqlamasında bundan sonra həkimlərə münasibətin dəyişəcəyini deyib:

"Səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirdiyi üçün dövlət başçısına minnətdaram. Doğrudan da, indi həkimlər həyatlarını təhlükəyə atırlar. Əfsuslar olsun ki, bu günə kimi ölkədə həkimlərə qarşı olan fikir birmənalı deyildi. Bundan sonra münasibətin dəyişəcəyinə inanıram. Azərbaycan həkimləri öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Onu da nəzərə çatdırım ki, Amerika kimi ölkədə həkim çatışmazlığı var. Bizdə isə belə bir problem yoxdur. Bu məqam özü çox şeydən xəbər verir".


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu