Bazarda neftin qiymətinin kəskin dəyişməsini müşahidə edirik - İlham Şaban 

"Brent" markalı neftin qiyməti 5,34 faiz ucuzlaşıb. Bu markalı neftin qiyməti "ICE" London birjasında 26,94 dollar/ barel təşkil edib.
"WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti 10,7% azalaraq 23,14 dollar/barel olub təşkil edir.

Neftin kəskin ucuzlaşması ilə bağlı "Sherg.az"a danışan Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bildirib ki, hazırda neft bazarı sanki tənəzzül dövrünü yaşayır:

"Əvvələr neft bazarında bahalaşma müşahidə olunurdu. Amma son günlər neftin qiymətinin kəskin ucuzlaşmasını müşahidə edirik. Bahalaşmanın səbəbi budur ki, dövlətin virusla bağlı iqtisadiyyata, banklara, əhaliyə göstərəcəyi yardım konsepti açıqlandı. 
Koronavirusun genişlənməsi, iqtisadiyyatın tənəzzülü ilə bağlı tələb-təklif arasında tarazlığın pozulması nəhayət ABŞ-da bu pandemiyadan 1000 nəfərdən artıq ölümlə bağlı xəbər gəldi. Beləliklə də qiymətlər yenidən dəyişdi. Bu gün də bazarda neftin qiymətinin kəskin dəyişməsini müşahidə edirik.
Neftin qiyməti martın 16-dan bu yana 30 dollardan aşağıdır. Hələ heç kəs gözləmirdi ki, bu qədər müddətdə neft 25-30 civarında qiymətini aşağı həddə saxlayacaq”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu