"Gedib məclislərdə kabab yeməyi unudun" - Xalq artisti Valeh Kərimov xalqa səsləndi

Azərbaycan xalqı koronaviusla mübarizədə həmrəylik nümayiş etdirir.  Millətimiz dövlətin qəbul etdiyi qərarlara inanaraq ona riayət etməyə çalışırlar.

Əlbəttə qanundan kənara çıxan vətəndaşlar da olur. Onların da öhdəsindən gəlmək üçün dövlətin  səlahiyyətli nümayəndələri təxirə salınmaz tədbirlər görməyə davam edir. Bu mübarizədə  sənət adamlarının  müraciətləri də mühüm rol oynayır. Tanıdığımız , sevdiyimiz  sənətkarlar açıqlamalarında xalqı təşvişə düşməyərək sağlamlıqlarını qorumağa səsləyirlər.

 "Sherg.az" olaraq tövsiyələrini öyrənmək üçün  tanınmış aktyor, Xalq artisti Valeh Kərimovla əlaqə saxladıq :

-İnfeksiyadan qorunmaq üçün xalqa nə məsələhət görürsünüz?

- Bu elə bəladır ki, münasibət də bir mənalı olur. Nə deyirlər, nə tapşırıq verirlərsə əməl etmək lazımdır. Qanunlara riayət etməliyik.  Evdən çıxma, dost , qohum, qonaqlıq yadına düşməsin. Gedib məclislərdə  kabab yeməyi unutsunlar. Şəxsən mən evdəyəm.

-Yəni 65 yaşdan yuxarı insanların evdən çıxmaması qanununa əməl edirsiniz..

- Bəli,  əməl edirəm. Riayət etməliyəm ki, qonşular da mənə baxsın dərs götürsün. Belə də olmalıdır. 

 - Hələ də məsələnin ciddiyətini anlamayan vətəndaşlara nə deyirsiniz?

- Koronavirus xəstəliyi ilə zarafat olmaz. Xalqımız dərinliyinə vara bilmir. Çox insanlar anlamır ki, böyük fəlakətdir.  Tək Azərbaycanda olsa deyə bilərdik ötəridir. Amma bütün dünya koronavirus xəstəliyinden əziyyət çəkir. İnsanlar tələf olurlar. Lakin bizim millət hələ də dərk etmir. Xəstəlikdir və qorunmaq lazımdır.

 - Bir sıra şəxslər tərəfindən yayılan saxta məlumatlara münasibətiniz necədir?

- Həmişə belə adamlar olub. Bir qismi zarafat edir. Digərləri düşüncəsizlikdən edirlər. Elələri də var ki qəsdən edirlər. İnsanların xarakteri müxtəlifdir. Adamlar var ki, ancaq pislik etməyə çalışır. Heç kimin yaxşılığını görmək istəmirlər. Elə adamlar indi də var. Hazır ki vəziyyətdən istifadə edirlər.

- Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını necə dəyərləndirirsiniz? 

- Reklam çarxına çəkildim. Orda da demişəm ki, tərəfdarıyam.  Xalqımızı  da, incəsənət xadimlərini də fonda dəstək olmağa dəvət edirəm.

- Son olaraq tövsiyələriniz... 

- Koronavirus xəstəliyinin  öhdəsindən yalnız deyilənlərə əməl edərək gələ bilərik. Həm də ki, qismətimizdə nə varsa o da olacaq. Nə etmək olar...

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu