14 yaşlı yeniyetmə koronavirusdan öldü - Portuqaliyada

Portuqaliyada yeniyetmə COVID-19 virusundan ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Səhiyyə naziri Marta Temido deyib.

Onun sözlərinə görə, 29 mart tarixinə ölkədə təxminən 6 min yoluxma halı qeydə alınıb, indiyədək 119 nəfər ölüb.
Bildirilir ki, Ovar şəhərində yaşayan 14 yaşlı xəstədə əvvəllər immun çatışmazlığı ilə əlaqəli problemlərin olduğu üzə çıxıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu