Milli Məclisdə erməni şovinizminin qurbanlarının xatirəsi yad edildi

Milli Məclisin bu gün keçirilən iclasında son 100 ildə erməni şovinizminin qurbanı olmuş insanların xatirəsi yad edilib.
APA-nın məlumatına görə, spiker Sahibə Qafarova 31 Mart - Azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar erməni şovinizminin qurbanı olmuş günahsız insanların xatirəsinin yad edilməsini təklif edib.
Deputatlar son 100 ildə erməni şovinizminin qurbanı olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu