Əfsanəvi mahnı müəllifi koronavirusdan öldü

ABŞ-da koronavirusa yoluxaraq vəziyyəti ağırlaşan hit mahnı hesab olunan “I Love Rock 'n' Roll”un müəllifi Alan Merrill vəfat edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə onun qızı Lora özünü “Facebook” səhifəsində məlumat yayıb.
Lora həmçinin koronavirus pandemiyası fonunda karantin tədbirlərinə əməl etməyi də məsləhət görüb.
Merrill 1951-ci ildə Nyu-Yorkda anadan olub. O, “I Love Rock 'n' Roll”u 1975-ci ildə Ceyk Hukerlə birgə yazıb. Mahnını 1982-ci ildə müğənni Coan Cett ifa edib.
Xatırladaq ki, ABŞ-da hazırda virusa yoluxanların sayının 140 min nəfəri keçdiyi bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu