Sözlə ifadə olunmayan SOYQIRIM : 31 Martda amansız qətliamlar... - Böyük plan

 
“Bu soyqırımlar Rusiya Qafqaza girəndən həyata keçirilməyə başlanılıb. Həmin dövrdə türk dünyası yalnız qalmışdı. ABŞ, Böyük Britaniya və Fransa da ermənilərə kömək edirdi. Bu böyük plan idi. Türk dünyasını yer üzündən silmək planı idi”


“Biz bu soyqırımılar barədə hər gün təbliğat aparmalıyıq. Soyqırımı unudan millət yeni soyqırım yaşayacaq"




"31 mart bizə qarşı törədilən soyqırımların ən pik nöqtəsidir".

Bunu "Sherg.az"a açıqlamasında Tarixçi-alim Dilavər Əzimli deyib.

Tarixçi bildirib ki, bu soyqırımlar Rusiya Qafqaza girəndən həyata keçirilməyə başlanılıb: 

"Rusiya məhz erməniləri seçdi. Bu yolda ermənilərə Avropa və ABŞ da dəstəkçi oldu. Çünki maraqlarına uyğun idi. Neçə yüz il idi ki, Türk dünyasını məhv etmək üçün çalışırdılar. Bunun yolunu da Rusiya göstərdi. Yəni, qırıb sıradan çıxarmaq... Baxın, hansı məqamı seçdilər. Osmanlı imperiyası süqut ərəfəsindədir, əhali aclıqla, yaşamaqla imtahana çəkilib. Belə bir vaxtda da erməniləri silahlandırırlar. Tezliklə bu soyqırımın coğrafiyası  bütün Türk dünyasını əhatə edir. Silahlandırıilmış vəhşi ermənilər Mərkəzi Asiyada soyqırım törədirlər. Azərbaycanın cənubunda 300 min həmvətənimizi qətlə yetirirlər. Çar Rusiyanın hərbiçiləri ermənilərlə birgə bizə qarşı amansızlıqlar edirlər. Ermənilərə aysorlar da qoşulur. İlk vaxtlarda kürdlər də onlara qoşulur, amma sonradan ayrılırlar. Həmin dövrdə türk dünyası yalnız qalmışdı. Türkün səsini Avropada, ABŞ-da eşitmirdilər. Əksinə, Böyük Britaniya və Fransa ermənilərə kömək edirdi. Bu böyük plan idi. Türk dünyasını yer üzündən silmək planı idi".



D.Əzimli bəyan edib ki, bu plana görə, Azərbaycanın şimalında qətliamlar törədilməli idi: 

"1905-06-cı illərdə bunun "məşqini" edən ermənilər 1918-ci ildə təpədən dırnağa qədər silahlanıb üstümüzə yeridilər. Qanlı günlər yaşadıq... Faciəmizi sözlə ifadə etmək olmur. Amma çox keçmədi ki, bunu bizə unutdurdular. Ötən əsrin 30-cu illərində say-seçmə milli oğul və qızlarımızı repressiya etdilər. Moskvanın qabağında quyruq bulayanlar “yeni dərs”lər verdilər. Erməniləri bizə “dost” etdilər. Vəzifəlilərimiz erməni qızı almağı özlərinə şərəf bildilər. Şəxsən, mən 1987-ci ilə qədər 31 mart haqqında dərin bilgiyə malik deyildim. Əksinə, ermənilərin yazdıqları tarix kitablarını oxuyub 31 martı vətəndaş müharibəsi sayırdıq. Bizə belə öyrədirdilər. 1988-89-cu illərdə BDU dərs zallarında müəllimlərdən bəziləri hələ də Şaumyanı "qəhrəman" kimi təqdim edirdi. Etiraz edəndə adamı imtahandan kəsəcəyi ilə hədələyirdilər".

Tarixçi əlavə edib ki, çoxcildlik Azərbaycan Sovet Ensiklopediyasında da mart hadisələri "vətəndaş müharibəsi" kimi verilir və Müsavat partiyası ittiham olunurdu: 

"Belə unutqan millət yeni soyqırımla üzləməyə bilərdimi? Əfsuslar ki, yenidən üzləşdik, çünki unutmuşduq soyqırımı... 1990-cı il Qanlı yanvar baş verdi, yenə ayılmadıq. Ardınca da yeni soyqırım. Xocalını necə unutmaq olar? Siz bir fakt göstərin ki, Azərbaycan əsgəri bir erməni çocuğunu qətlə yetirib? Yaxud Azərbaycan əsgəri erməni qadınının döşünü kəsib, təhqir edir, başını kəsir? Bunları unutmaq olarmı? Bəziləri təbliğat aparırlar ki, guya biz ermənilərlə "dost" olmalıyıq. Qəribədir, erməni sənin namusunu tapdalayıb, sənsə biqeyrətcəsinə deyirsən ki, biz dost olmalıyıq!!! Xeyr, biz ermənini nəinki torpaqlarımızdan çıxaracağıq, həm də qeyri-qanuni yiyələndikləri İrəvanı da onlardan alacağıq".

Alim vurğulayıb ki, biz bu soyqırımlar barədə hər gün təbliğat aparmalıyıq: 

"Biz hansısa xalqa qarşı kimisə döyüşə çağırmırıq. Torpaqlarımızı işğal edən murdar ermənilərə qarşı döyüşə çağırırıq. Bu baxımdan soyqırımlarla bağlı təbliğatlar kiminsə xoşuna gəlmək üçün edilməməlidir. Nəyə görə bizdə Soyqırım abidəsi, Soyqırım Muzeyi yoxdur? Biz Qanlı 20 yanvar Muzeyini də yaratmadıq... Sabah şahidlər hamısı dünyasını dəyişəcək... Bu muzeylər gələcək nəsillərin vətənpərvər yetişdirilməsi üçün ən böyük materiallar olardı... Mən indi öyrənirəm ki, bu erməni əclaflar bizim Muğanda da nə boyda vəhşiliklər ediblər. Mən özüm həmin bölgədənəm. Valideynlərim qorxa-qorxa bu haqda azacıq məlumat vermişdilər... Amma indi bəlli olur ki, o zaman eserlər də, bolşeviklər də məqsədlərinə çatmaq üçün Muğanda bizə qarşı ermənilərdən ustalıqla istifadə ediblər. O zamanın şahidləri hamısı dünyasını dəyişib. Biz nə vaxt ayılacağıq? Məni yandıran da budur!!! Erməni deyir ki, atanı yandıracam, biz isə deyirik ki, səni sevəcəm. Soyqırımı unudan millət yeni soyqırım yaşayacaq".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu