Millət vəkili internet problemini həll edəcək: müəllim və tələbələr sevinəcək


Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın ali və orta təhsil müəssisələrində dərslər dayandırılıb. Buna baxmayaraq, bəzi müəllimlər tədris proqramına uyğun olaraq mövzular haqqında şagird və tələbələrə məlumat verməyə çalışırlar. BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli bunun üçün texnologiyanın imkanlarından istifadə edir. O, "Sherg.az"a açıqlamasında bu prosesdə müəyyən çatışmazlıqların olduğunu deyib: "

"Facebook" da ikinci kurs tələbələri üçün xüsusi səhifə açmışıq:  "Jurnalistika fakültəsi II kurs". "Jurnalistin nitq mədəniyyəti" fənninin mövzularını burada hissə-hissə paylaşıram. Tələbələr oxuduqdan sonra test üsulu ilə onları yoxlayıb qiymətləndirirəm. Cəmi 8 mövzudan  5-ni artıq keçmişik. Nəticə yaxşıdır. Bircə problem var ki, burada tələbələrin hamısını əhatə etmək olmur. 88 nəfərdən 40-ı həmin səhifənin üzvüdür. İndi Təhsil Nazirliyinin göstərişi ilə onlayn dərslərə start verilir. Burada da bir problem var ki, tələbələrin əksəriyyəti və bəzi müəllimlər, o cümlədən də mən kənd rayonlarındayıq. Burada internet çox zəifdir, gündə bir neçə dəfə işığı söndürürlər".

Professor internet probleminin yaxın zamanda həllini tapacağını vurğulayıb:

"Bu barədə öz "Facebook" səhifəmdə yazdım. Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva dərhal reaksiya verdi və bu gün  lazımi qurumlara müraciət edərək problemin həllinə çalışacağını bildirdi. Qənirə xanıma təşəkkür edirəm".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu