"Evdə qal, Cəmiyyəti qoru"kampaniyası effektiv olacaq - QHT-lərdən dəstək

Müşfiq Ələsgərli:“Pandemiyaya qarşı mübarizənin ən yaxşı yolu cəmiyyətlə dövlətin həmrəy hərəkətindən keçir”



QHT-lər Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısını almaq üçün töhvə verə bilərlər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu sahədə fəaliyyəti koordinasiya etmək  məqsədilə kampaniyaya başlayıb.  Şura müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi  qrant müsabiqələrdən  9 istiqamət üzrə qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib.  Paralel olaraq, REAL TV ilə birgə  "Evdə qal, Cəmiyyəti qoru" kampaniyası keçirilir. 

QHT-lərə Dövlət Dəstəyi Şurasının bu addımınə yüksək qiymətləndirən   Jurnalist Həmkarları İttifaqının sədri  Müşfiq Ələsgərlinin “Sherg.az”a açıqlamasına görə,   koronovirusla mübarizə təkcə dövlət qurumlarının, səhiyyə müəssisələrinin işi deyil. Pandemiyaya qarşı mübarizənin ən yaxşı yolu cəmiyyətlə dövlətin həmrəy hərəkətindən keçir: “ Əgər cəmiyyət  düzgün reaksiya verməsə, standartlara əməl etməsə, “COVİD-19” la mübarizədə lazımi effekt əldə olunmayacaq. Bunu  virusun geniş yayıldığı ölkələrin acı təcrübəsi isbat edir. Cəmiyyəti bu yöndə səfərbər etməyin ən yaxşı yolu  isə  vətəndaş cəmiyyəti institutlarının,  yəni QHT lərin və KİV lərin fəaliyyətidir. Hesab edirəm ki, QHT Şura QHT ləri bu işə səfərbər etməklə, çox mühüm, effektiv addım atmış olur. 
Təmsilçisi olduğum QHT-Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi  hər iki  kampaniyanı alqışlayır və üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu