Gürcüstanda həkim koronavirusa yoluxdu

Gürcüstanda həkim vəzifəsini yerinə yetirərkən koronavirusa yoluxub.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə qeyd edib. O bildirib ki, həkimin infeksiyaya yoluxması artıq təsdiqlənib.
Qeyd edək ki, Gürcüstanda 100 nəfərdə koronavirusa yoluxma təsdiqlənib, onlardan 18-nin sağaldığı bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu