"Press Klub"un treninqinə ehtiyac var idi” - Dəstəkləndi


“Dünyada  yayılmaqda olan koronavirus pandemiyası ilə bağlı ictimaiyyət dəqiq, operativ, obyektiv informasiyaya ehtiyac hiss edir”. 
Bu barədə “Bakı Mətbuat Klub”un həmtəsisçisi, tanınmış jurnalist  Arif Əliyev bildirib. O  qeyd edib ki, bu jurnalist təşkilatı video treninqlərə başlayıb:

“İlk efir isə “Panika və qorxu yaymadan necə işləməli? Beynəlxalq təşkilat və təcrübəli jurnalistlərin ən yeni tövsiyələri” mövzusundadır.  İndiki halda jurnalistlər üçün treninqlər keçirmək də mümkün deyil. Amma problemin aktuallığı o dərəcədə böyükdür ki, gözləməyə vaxt yoxdur: səhvlər sözün həm əsl, həm məcazi mənasında baha başa gəlir. “Press Klub” jurnalist və bütün sosial media fəalları üçün virtual treninqlərə başlayır”.
 
 A.Əliyevin təşəbbüsünü “Sherg.az”a dəyərləndirən media eksperti, professor Qulu Məhərrəmli “Press klub”un informasiya təminatı sahəsindəki müəyyən boşluqları dolduracağını deyib:

 “Press klub”un, həmçinin Arif Əliyevin peşəkar medianın inkişafındakı rolu danılmazdır. Düşünürəm ki, bu təşəbbüs də uğurlu nəticə verəcək. Sözsüz, buna ehtiyac var idi. Çünki indiki vaxtda peşəkar medianın məsələyə münasibəti, reaksiyaları tam yüksək səviyyədə deyil. Düşünürəm ki, “Press Klub”un sözügedən layihəsi gənc jurnalistlərin peşəkarlığının artırılmasına müsbət təsir göstərəcək”.                                                                                                  

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu