Sabahdan qonşuda komendant saatı tətbiq edilir


Martın 31-dən etibarən Gürcüstanda komendant saatı tətbiq olunacaq.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Georgi Qaxariya martın 30-da keçirdiyi brifinqdə məlumat verib.
Baş nazir deyib ki, martın 31-dən başalayaq, saat 21:00-dan saat 06:00-dək ölkə ərazisində piyadaların və nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda hazırda fövqəladə vəziyyət rejimidir və bu qərar aprelin 21-dək qüvvədədir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu