Akif Aşırlı soyqırımdan YAZDI: "...30 min insanı qətlə yetirdilər”

“Amma bu qətliam xalqın İstiqlal istəyini boğa bilmədi”


“31 mart soyqırımından 102 il vaxt ayırır bizi. Azərbaycanın müstəqilliyini istəməyən , onu Rusiyanın bir əyaləti kimi görmək həvəsində ,iddiasında olanlar 3 gün müddətində Bakıda ,ətraf bölgələrdə 30 min insanı qətlə yetirdilər”.

“Sherg.az” xəbər verir ki, bu barədə “Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı bildirib. Araşdırmaçı jurnalist diqqətə çatdırıb ki, təkcə Bakıda şəhid olanların sayı 18 min nəfər ,Samaxı şəhərində 7 min , Şamaxı kəndlərində 8 min , Qubada isə 4 min nəfər idi:

“Qatil Şaumyan "Azərbaycana muxtariyyat istəyənlər əvəzində xarabazarlıqlar alacaqlar " deyib Azərbaycan türklərini, müsəlmanları qan gölündə boğmağa calışdı.

Amma bu qətliam ,qırğınlar xalqın İstiqlal istəyini boğa bilmədi . Arxasınca 28 MAY doğuldu. Böyük M.Ə.Rəsulzadə mart soyqrımı şəhidlərini İstiqlal qurbanları adlandırdı. İlk dəfə 1919 -cu ilin 31 martı Milli hökümət tərəfindən matəm günü elan olundu.

1919-cu ilin martın 29 -da Parlament binasında Rəsulzadənin rəhbərliyi ilə geniş konfrans kecirildi ,ölkədə matəm elan olundu. Bakının 33 məscidinin üzəri qara həmayıllarla örtüldü ,qəzetlər matəm nömrəsi buraxdı. Hamı qəbiristanlıqlarda mart şəhidlərinin məzarını ziyarət etdi və saat 6 -da Təzəpir məscidi həyətinə yığışıb mitinq kecirdilər. O gün Azərbaycan bütövləşmişdi , bir idi, güc idi .

Rahat uyuyun ,ey İstiqlal şəhidləri !

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu