Dünyada bu günədək 33106 nəfər koronavirusdan ölüb


Dünyada bu günədək 693224 nəfər koronavirusa yoluxub, onlardan 33106 nəfəri ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) günlük bülletenində qeyd olunub.

Bildirilib ki, son sutkada 58411 nəfər koronavirusa yoluxub, 3215 nəfər həyatını itirib. 

Hazırda yoluxma hallarının əksəriyyəti yenə də Avropada qeydə alınıb – 392757 nəfər.

Xatırladaq ki, martın 11-də ÜST yeni növ koronavirusu pandemiya elan edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu