Litvada koronavirusa yoluxanların sayı 484 nəfərə çatıb


Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 47 nəfər artaraq 484-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 9 min 891 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində 1467 nəfərdən 47-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 7 ölüm hadisəsi qeydə alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu