31 mart günü: Matəmə ehtiyac yoxdur, amma ciddi kitablar yazılmalıdır

"Düşünürəm ki, 31 mart günü matəmə ehtiyac yoxdur".
Bunu "Sherg.az"a açıqlamasında tarixçi-alim Elmar Həsənli deyib.

Tarixçi bildirib ki, bu məsələ ciddi şəkildə araşdırılmalır: 



"Bununla bağlı ciddi kitablar nəşr edilməlir. Dünya arxivlərində olan sənədlər və ayrı-ayrı xarici müəlliflərin yazdıqları bir yerə toplanmalı və nəşr edilib dünyaya yayılmalıdır. Həmin dönəm ermənilər tək türkləri yox, bu ərazidə yaşayan digər xalqları da qırıb. Həmin faktları da aşkar etməliyik. O xalqların elm adamları ilə bu məsələni ortaq təbliğ etmək lazımdır".

Alimə görə, bununla yanışı sənədli filmlər də çəkilməlidir: 

"Gerçək faktları özündə əks etdirən bədii sənədli romanlar yazılmalıdır. Ən əsası soyqırım muzeyi yaradılmalıdır. Bu muzey hər kəs üçün açıq və pulsuz olmalıdır. Orada çalışanlar bu mövzunu ətraflı bilən və xarici dillərdə danışmağı bacaran bələdçilərdən təşkil edilməlidir ki, gələn məktəblilərə və turistlərə anlatsın".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu