"85 yaşım var, bəlkə də, küçəyə çıxsam heç kim söz deməz, amma..." - Xalq şairi

Fikrət Qoca insanları qaydalara əməl etməyə çağırdı 


Qlobal pandemiya olan koronavirusla bağlı Azərbaycanda da vəziyyət arzuolunan deyil. Dövlətin verdiyi qərarlara, həyata keçirilən profilaktik tədbirlərə rəğmən insanlar hələ də vəziyyətin ciddiliyini tam dərk etmirlər. Bu isə yayılan infeksiya ilə əlaqədər Azərbaycandakı ssenarinin daha da pisləşəcəyini istisna etmir. 

 “Sherg.az”a fikirlərini bölüşən Xalq şairi Fikrət Qoca əhalini tarixi mentalitetinə əməl etməyə çağırdı:

“Biz həmişə öz mədəniyyətimiz, nizam-intizamımız, səliqə- səhmanımızla fərqlənmişik. Yenə ənənəmizə sadiq qalmalıyıq. Əvvəl dövlətin, sonra böyüklərin sözünü eşitmək lazımdır. Yeganə dərman budur”.
 
Sevilən şair cəmiyyətə nümunə olmağa çalışdığını dedi:

“Mənim 85 yaşım var. Bəlkə də, küçəyə çıxsam heç kim söz deməz. Ancaq özüm məsuliyyətimi dərk edirəm. Niyə nəvəm gəlib məni qucaqlayanda virusun ona yoluxmasından qorxaraq çətinlik çəkməli, tərəddüd etməliyəm? Ona görə də deyilənlərə əməl edib, evimdə oturmuşam. Vaxtımı səmərəli keçirməyə çalışır, yazılar yazıram. Həm də ötən illərə boylanıb özümə hesabat verirəm. Məncə, bu, insanların özlərini sorğu-suala çəkmələri üçün fürsətdir”.


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu