"Xəstələrə şəfa vermək şərəfli işdir"

Türkiyədə tibb təhsili alanları virusla mübarizə üçün xəstəxanalara yönləndirirlər


 Dünyanın bu təlatümlü zamanında Azərbaycan dövləti xaricdə yaşayan vətəndaşlarına sahib çıxdı, neçə-neçə yurddaşımız xüsusi aviareyslərlə Azərbaycana qayıtdı. Lakin xarici ölkələrdə təhsil almaları və ya çalışmaları  səbəbindən Vətənə geri dönməyən yuddaşlarımız da var və təbii ki, ailələri onlara görə narahatdır.

Məlumdur ki, geri dönə bilməyən yurddaşlarımızdan hazırda olduqları ölkə ərazisində mümkün qədər qalmaları və orada tətbiq edilən karantin qaydalarına riayət etmələri tövsiyə olunur. Qardaş Türkiyədə təhsil alan Nəzrin Məmmədli də Azərbaycana qayıtmayıb, hazırda yaşadığı şəhərin – Ankaranın karantin qaydalarına əməl edən yurddaşımızdır. 

Bu barədə Nəzrinin anası Könül Məmmədova ilə söhbət etdik. Könül xanım, qızı Nəzrinlə tez-tez telefon əlaqəsi saxladıqlarını və vəziyyətlə bağlı məlumat aldıqlaını dedi: 



- Qızım Eskişehirde, Osmanqazi Universitetinin tibb bölümundə  təhsil alır, YTB bursu ilə oxuyur. Bakıda Anadolu litseyini bitirmişdi.  

- Könül xanım, qızınız, ordakı vəziyyət barədə nə deyir? Karantin rejiminə əhali orda necə əməl edir? Bilirsiniz ki, indi bizim əsas problem əhalinin qaydalara riayət etməsidir. Bir örnək, nümunə verə bilərsinizmi?

- Qızımla telefon əlaqəsi saxlayırıq, göruntülü danışırıq. Evdə oturur, türk qız arkadaşı ilə. Dünən bizdəki  yasağı duyan kimi yazdı, “Ana, doğrumu?!”. Sonra deyir, “bizdə yasak yox, amma hər kəs evində önləmini alır”. Və deyir ki, ümümən əməl edirlər ciddi şəkildə. Otoqar və tren qarı bağlıdır. Orada küçəyə çıxmamaq yasağı hələ yoxdur. Amma yenə də hamı oturub evində. Küçələr bom-boş, sakit... Ankarada mərkəzdə 7-ci caddədə (Bahçelievler) də ən yaxın qohumumuz olur. Deyir, adətən insanlarla  dolub-daşan 7-ci caddədə indi heç kim yoxdu,  sükuta qərq olub hər yer. Adam baxanda kədərlənir. Onların evinin pəncərəsi 7-ci caddəyə baxır.  

- Belə məlumat var ki, tibb təhsili alanlar hazırkı epidemiya dövründə xəstəxanalara yönləndirilir.
 
- Qızım, son sinifdə təhsil alır, internadı. Onların da təcili şəkildə diplomlarını verib koronaviruslu xəstələrin müalicə olunduğu hospitallara işləməyə göndərməyi planlaşdırırlar. Ola bilsin Turkiyənin basqa şəhərlərinə harda daha çox ehtiyac var ora göndərəcəklər. Belə ağır durumda insanlara faydalı olmaq, xəstələrə şəfa vermək şərəfli işdir.  

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu