"Qalatasaray"ın vitse-prezidenti xəstəxanadan evə buraxılıb


"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak evə buraxılıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası xəstəliyindən əziyyət çəkən klub rəsmisi xəstəxanadan ayrılıb.

Yenidən tibbi müayinədən keçirilən Albayrakın müalicəsini evdə davam etdirməsi qərara alınıb. O, karantin dönəminin qalan günlərini evində keçirəcək. "Qalatasaray"ın koronavirus xəstəliyinə yoluxan digər vitse-prezidenti Yusuf Günay və baş məşqçisi Fatih Terim də müalicəsini evdə davam etdirir.

Qeyd edək ki, martın 18-də Abdurrahim Albayrakla yanaşı, həyat yoldaşı Şükran Albayrak və oğlu Hikmət Albayrakın testi müsbət nəticələnib və onlar da xəstəxanaya yerləşdirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu