Cenevrədə BMT-nin doqquz əməkdaşı koronavirusa yoluxub


Cenevrədə BMT-nin doqquz əməkdaşında COVİD-19 virusunun aşkarlanması təsdiqlənib.

Trend xəbər verir ki, bu barədə təşkilatın Cenevrə Qərargahının rəsmi nümayəndəsi Alessandra Veluççi xəbər verib.

A.Veluççinin sözlərinə görə, söhbət BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, həmçinin Millətlər Sarayında yerləşən Cenevrə Baş Qərargahının əməkdaşlarından gedir.

Nümayəndə BMT-nin "İsveçrə hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı ilə koronavirusun qarşısının alınması və hazırlıq tədbirlərinə dair sıx əməkdaşlıq etdiyini" bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu