İtaliya XİN: İtaliya Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımır


"İtaliya Dağlıq Qarabağda keçirilən qondarma "prezident" və "parlament seçkisi"ni tanımır".

APA xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində qeyd olunub.

Nazirlik paylaşımına Aİ-nin bəyanatını da əlavə edib.

Qeyd edib ki, Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament" seçkilərini tanımadığını bildirilib.

"2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha xatırladır ki, blok bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır. Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz", - deyə Bəyanatda qeyd olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu