Baş yazar - "Azərbaycan mediası ayaqdadır" – Əzmlə çalışır 

Aqil Camal: “Mətbuat öz işini həm fədakarlıqla, həm də professional şəkildə davam etdirir” 



"Məsuliyyətsiz insanlar həm özlərinə, həm də başqalarına nə qədər təhlükə yaratdıqlarının fərqində deyillər".
Bunu "Sherg.az"a açıqlamasında "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal deyib. 
Baş redaktor bildirib ki, bu baxımdan, hazırda karantin şərtlərinin sərtləşdirilməsini dəstəkləyir və tələbləri cəmiyyətə təşviq edirik: 

"Dövlət və ictimaiyyət vəhdəti ilə bu virusun qarşısına keçməli və onu cilovlamalıyıq. Ölkəmizdə həyat ritminin qısa zamanda bərpası üçün hər bir vətəndaş üzərinə düşən vəzifəni icra etməlidir. Hazırda medianın fəaliyyətində həm informasiya çatdırma, həm də maarifləndirmə missiyası var".

A.Camal vurğulayıb ki, hazırda cəmiyyətin həyatını yönləndirən sahələrdən biri olan media demək olar ki, öz işini həm fədakarlıqla, həm də professional şəkildə davam etdirir: 

"Baxmayaraq ki, son 10 gün tətil günləri idi, amma Azərbaycan mediası vəziyyəti nəzərə alaraq bu müddətdə ayaqda oldu. Lakin toplumun içində gördüyümüz mənzərələr təəssüf doğurur. Zəruri ehtiyacdan evdən çıxanları, günəmuzd çalışanları hardasa anlamaq olur. Ancaq heç bir ciddi səbəb olmadan, sadəcə "sıxılıram", "darıxıram" deyib evdən çıxanlar ictimai məsuliyyəti dərk etmirlər".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu