Qondarma seçkilərə sərt təpki: “Azərbaycan hərbi, siyasi təzyiqlərini gücləndirməlidir” 

 Vasif Əfəndiyev"Azərbaycan hakimiyyəti bu saxta seçkilərin qınanması üçün beynəlxalq ictimaiyyətdən tələblərini daha da artırmalıdır”



Azərbaycanın erməni separatçıları tərəfindən işğal olunmuş ərazilərində keçirilən  qondarma seçkilər  qanun çərçivəsində deyil. Beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma seçkilər həm qanunlara, həm beynəlxalq hüquq normalarına, həm də Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının maraqlarına ziddir. 
 Politoloq Vasif Əfəndiyev isə Dağlıq Qarabağda keçirilən qondarma respublikanın saxta seçkiləri barədə ciddi təhlil vermək fikrində olmadığını deyib. O “Sherg.az”a bildirib ki, bu seçkiləri Azərbaycan xalqı tanımır:

“Namizədlərin şansları və sair barədə təhlilllər vermək niyyətim yoxdur. Çünki iddialı namizədlərin hər ikisi hazırkı saxta prezident Bako Saakyan və onun rəqibi Eduard Aqabekyan hərbi canidirlər. Onlar prezident kreslosunda  deyil müttəhimlər kürsüsündə oturmalıdırlar. Xaricdəki Azərbaycan düşmənləri həm fərdi, həm də hakimiyyətlərinin dəstəyi bu seçkilərə müəyyən dərəcədə legitimlik tanıtdırmağa cəhd edəcəklər. Əvvəlki illərdə olduğu kimi müxtəlif dövlətlərin parlament nümayəndələri və bir sıra "müstəqil seçki institutları" müşahidəçi qismində iştirak edəcəklər. Mən hətta bu təşkilatların adlarını belə sadalamayacağam. Əsasən mənzərə aydındır və hansı dövlətlərdən dəstəyin olacağı da məlumdur. İlk növbədə Azərbaycan hakimiyyəti öz qəti mövqeyini ortaya qoymalıdır və bu qondarma seçkilərin qınanması üçün beynəlxalq ictimaiyyətdən tələblərini daha da artırmalıdırlar. Dünyada yaranmış pandemiya böhranı bizi bir anda olsa, məqsəddən yayındırmamalıdır. Düşmən bir daha sübut etdi ki,onlar bu məsələdə sona qədər dayanacaqlar.Lakin hesab edirəm ki, Azərbaycan hərbi və siyasi təzyiqləri artırmalıdır. Pandemiya krizisi bitənədək müəyyən hazırlıqlar görməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu