“İdarəetmədə distant alətlərin rolu artacaq" - Zəif bəndlər üzə çıxır 


“Rəqəmsallaşma, qlobal təhlükələr dövründə idarəetmə və xidmətlərin göstərilməsini optimal şəkildə həyata keçirməyə imkan verir”
 


"Koronovirus pandemiyası sübut etdi ki, son nəticədə insanlar üçün ən etibarlı dayaq nöqtəsi, müdafiə məkanı milli sərhədlərdir, dövlətin ehtiyatlarıdır".

Bunu “Sherg.az”a siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert bildirib ki, İtaliya, İspaniya təcrübəsi nümayiş etdirdi ki,  “COVİD-19” pandemiyası, yaxud buna bənzər  hadisələr zamanı sərhədlər istehkama, yaxud qoruyucu səddə çevrilir: 

"Bu baxımdan dövlətlərin suverenliyi məsələləri yenidən sərf-nəzər ediləcək və inteqrasiya layihələri ilə bağlı ambisiylara ciddi korrektələr ediləcək. "COVİD-19" pandemiyası insanların sağlamlığı və təhlükəsizliyi üçün zəruri olan avadanlıq və tibbi və digər vasitələrin hazırlanması, istehsalı ilə bağlı yeni yanaşmanı ortaya qoydu. Məlum oldu ki, bu sahədə başqa ölkələrdən, xüsusən Çindən asılılıq zəif bənddir. Həmçinin səhiyyə insanların, təbiətin, ətraf mühitin mühafizəsi məsələlərində kommersiya maraqlarının önə çəkilməsi, libertarian  yanaşma  özünü doğrultmur. Bu məsələlərdə özəl sektor-dövlət tərəfdaşlığı zəruridir və bunu həm kommersiya, həm də ictimai maraqları nəzərə alacaq modelinin qurulması ən düzgün yoldur".

Analitikin fikrincə, Çinin dünyanın əsas tədarükçüsü rolu yenidən nəzərdən keçiriləcək: 

"Bu proses tədricən baş verəcək və Pekin daha çox daxili bazara istiqamətlənməli olacaq. Dünayadakı qeyri-bərbərlik, qlobal inkişafın tənzimlənməsi məsələlərinə də yeni baxış ortaya qoymaq lazım gələcək. Hazırda Almaniya təcrübəsi göstrərir ki,  dünyada alıcılıq qabiliyyəti aşağı düşdükcə, ixrac imkanlı  zəifləyir və qlobal pay bölügüsü elə şəkildə tənzimlənməlidir ki, inkişaf etmiş ölkələrin də mallarını sata biləcəkləri bazarlar olsun. Eyni zamanda rəqəmsal inkişaf yeni impuls qazanacaq. Pandemiya təcrübəsi göstərdi ki, rəqəmsallaşma, süni intellekt  texnologiyaları qlobal təhlükələr dövründə idarəetmə və xidmətlərin göstərilməsini optimal şəkildə həyata keçirməyə imkan verir. Xüsusən idarəetmədə distant alətlərin rolu daha da artacaq".

Z.İbrahimliyə görə, hökumətlərin vətəndaşlar üzərində nəzarət imkanları daha da təkmilləşəcək: 

"Pandemiya dövründə bu sahədə yeni təcrübələr tətbiq edilir və təbii ki, gələcəkdə də bu praktikadan yararlanacaqlar. Vətəndaşlar isə bir daha seçim qarşısında qalacaqlar: - təhlükəsizlik və azadlığın hüdudları. Regional müstəvidə Cənub Qafqaz regionu yeni çağırışlarla üz-üzə qalacaq. Gürcüstan son illər iqtisadi inkşafın əsas drayverinə çevrilən turizmin bərpasını çox gözləməli olacaq. Ölkənin digər resursları iqtisadi artımı təmin etməyə yetərli deyil. Ermənistana Rusiyadan və dünyadan transferlər kritik şəkildə azalacaq. Rusiya və İran isə əvvəlki kimi dəstək verə bilməyəcək. İxrac imkanları məhdudlaşacaq".

Politoloqa görə, Azərbaycan üçün əsas çağırış neftin kritik həddə ucuzlaşması şəraitində iqtisadi inkişafı təmin etmək olacaq: 

"İqtisadiyyatda  şaxələndirmə, dövlətin  iştirakının azalması, liberallaşma ilə bağlı müşahidə olunan çətinliklər qabarıq özünü biruzə verəcək.
Təhlillər və keçmiş böhranların təcrübəsi  göstərir ki, yeni dövrün tələblərinə uyğun iqtisadi inkişaf modelləri qurmağı bacaran və çevik hərəkət edən, daha tez keyfiyyətli islahatlar həyata keçirən ölkələr yeni imkanlar əldə edəcəklər".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu