İranda koronavirus qurbanlarının sayı üç min nəfəri keçdi


İranda koronavirusdan son 24 saat ərzində 138 nəfər ölüb. Beləliklə, epidemiya qurbanlarının sayı 3000-i keçib.

ISNA-nın məlumatına görə, bunu İran İslam Respublikası Səhiyyə və Tibbi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kiyanuş Cahanpur söyləyib.

“Dünəndən bəri 2987 yeni yoluxma hadisəsi müəyyən edilib. Yoluxanların ümumi sayı 47 593 nəfərdir”, - deyə o bildirib.

Cahanpur əlavə edib ki, son 24 saatda 138 nəfər ölüb:

“Beləliklə, bu günə qədər ölənlərin sayı 3038 nəfərdir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu