Son dəqiqə: Koronavirus ailəni parçaladı, 8 aylıq hamilə qadın öldü


Son dəqiqələrdə gələn xəbərə görə, Kocaelinin Kartepe qəsəbəsində yaşayan Recep Aydın və 8 aylıq hamilə həyat yoldaşı Betül Aydının (38) üzərində aparılan koronavirus testinin nəticələri müsbət oldu.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, xəstəxanada müalicə altına alınan cütlükdən xroniki bronxit asması olduğu öyrənilən Betül Aydın, bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyərək həyatını itirib.



Betül Aydının 8 aylıq körpəsi əməliyyatla xilas edilib. Körpə inkubatorla birlikdə İstanbuldakı xüsusi bir xəstəxanaya aparılıb. Betül Aydının cəsədi, prosedurlardan sonra Kartepe rayonunda torpağa tapşırılıb. Betül Aydının həyat yoldaşı Rəcəb Aydın isə Derince Təhsil və Araşdırma xəstəxanasında 14 günlük müalicədən sonra xəstəxanadan buraxılıb.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu