Krediti olanlar rahat olsun ! - “Faizlər nəzərə alınmayacaq ”


Ölkəmizdə də yayılmaqda olan koronavirus pandemiyası səbəbilə əhaliyə müəyyən güzəştlər edilir, imkansız ailələrə kompensasiyalar verilir. “Bank of Baku” isə. öz müştərilərini tətbiq etdiyi faizlərlərə “sevindirməyi” qərara alıb. Belə ki, bank borcu olan bəzi vətəndaşların müqavilə müddəti bitdiyi üçün müştəriləri faizlərlə yükləyir. Müqavilənin yenilənməsi üçün isə borc məbləğinin tam ödənilməsi tələb olunur.



Müştərilər kimi, bizi də təəccübləndirən məsələyə aydınlıq gətirmək üçün bank məsələləri üzrə ekspert Əkrəm Həsənovla əlaqə saxladıq. O “Sherg.az”a narahatlığa əsas olmadığını dedi:
“Düzdür, müqavilədə müəyyən cərimələr nəzərdə tutulub. Bu cərimələr faizlərlə ödənilir. Amma indiki çətin durumda belə bir addım atmaq qanunsuzdur. Karantin rejimi elan olunduğu üçün insanların banka getməyi imkanı olmadığını nəzərə almaq lazımdır. Vətəndaşlar rahat ola bilərlər. Məhkəmə sonradan tədbiq edilən faizləri nəzərə almayacaq”.                                                                          

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu