Bakıdan Abşerona gediş-gəliş məhdudlaşdırılır: Postlar quruldu - RƏSMİ

Bu gündən etibarən Abşerona da avtomobillərin giriş-çıxışına məhdudiyyət qoyulub.
Bu barədə Lent.az -ın redaksiyasına müraciət edən oxucularımız məlumat verib. Onlar nəzarət-buraxılış postlarının qurulmasından xəbərsiz olduqlarını və şəhərə daxil ola bilmədiklərini deyiblər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Lent.az -a açıqlama verərkən Xırdalanda post qurulması faktını təsdiqlədi:
“Bəli postlar Xırdalanda da var. Bundan əlavə, Masazırda da, Sumqayıtda da postlar qurulub. Bir daha vətəndaşlara tövsiyə edirik ki, zərurət olmadığı təqdirdə evdən çıxmasınlar”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu