Moldova da Qarabağdakı qondarma seçkiləri tanımadı


Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi 31 mart 2020 tarixində Dağlıq Qarabağ bölgəsində keçirilən BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə zidd olan qondarma "prezident və parlament seçkilərini" qanunsuz sayır.
Axar.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi bəyanat yayıb.
"Bu bölgədə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Dağlıq Qarabağ regionun xüsusi statusun müəyyənləşdirilməsi ilə bağlı ATƏT-in himayəsi altında danışıqlar prosesinin aparıldığını nəzərə alaraq, Moldova Respublikası bu qondarma seçkiləri tanımır.

Bu kontekstdə, Xarici işlər və Avropaya inteqrasiya nazirliyi Moldova Respublikasının beynəlxalq birlik, xüsusən ATƏT-in Minsk Qrupu və həmsədrləri tərəfindən Dağlıq Qarabağ bölgəsi ətrafında münaqişənin sülh və hərtərəfli siyasi həlli yolu istiqamətində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə təsirli töhfə verə biləcək səylərini dəstəkləməyə hazır olduğunu bir daha təsdiq edir", - bəyanatda qeyd olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu