Rusiyada həkim 53 nəfəri koronavirusa yoluxdurmaqda ittiham edilir

Rusiyanın Komi Respublikasının Sıktıvkar şəhərində həkim xəstələri koronavirusa yoluxdurmaqda ittiham edilir.
Bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, fevralın sonunda həkimin uşaqları Avropada olublar.
Ərazidə 54 virusa yoluxma halının 53-ü həmin həkimin işlədiyi xəstəxanada müşahidə edilib.
Komi Səhiyyə naziri Dimitriy Berezin tibb müəssisəsinin 14 gün müddətinə karantinə bağlandığını deyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu