Gürcüstanda koronavirusa yoluxanların sayı 130-a çatıb


Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 130 nəfərə çatıb. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. 

Qeyd olunub ki, hazırda ölkə üzrə 5437 nəfər karantində saxlanılır, stasionar müalicə alan xəstələrin sayı isə 260-dır. Virusa yoluxmuş şəxslərdən 23-ü artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu