Bakıda 55 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb


Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Dadaş Əliyev qonşusu ilə aralarında olan mübahisə zəminində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu