Azərbaycan qızıl ixracını 35% artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan 27,3 mln. ABŞ dolları dəyərində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 35,1% çoxdur.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ilin yanvar-fevralında Azərbaycan 20,2 mln. dollar dəyərində qızıl ixrac edib.

Qeyd edək ki, ötən il Azərbaycan 172,4 mln. dollar dəyərində qızıl ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 46,1% çoxdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu