Qərargah: Vətəndaşların evdən çıxması elektron cihazlarla tənzimlənəcək


“Karantin rejiminin tələblərinə görə, vətəndaşların zəruri hallarda evdən çıxmasına icazə verilir - ərzaq, dərman almaq, məişət tullantılarını atmaq üçün və həyatı üçün təhlükə olanda".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

"Vətəndaşlara düzgün izah etmə məsələsi artıq həllini tapıb. Vətəndaşların evdən çıxması elektron cihazlarla tənzimlənəcək. Yaxın vaxtlarda geniş məlumat veriləcək. Vətəndaş evdən çıxmamış müəyyən nömrəyə SMS-lə bu barədə izah verəcək. Onlara icazə veriləcək. Vətəndaşa polis naryadı yaxınlaşanda o şəxsiyyət vəsiqəsini verəcək və polis planşetlə ona icazə verilib verilmədiyi görünəcək. Vətəndaş Yasamalda icazə alıbsa, başqa rayonda aşkarlanıbsa, o artıq karantin rejimini pozmuş kimi qiymətləndiriləcək", - deyə o əlavə edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu