"Proqramda nəzərdə tutulanlar olduqca mühüm məqamlardır" - Təhlil

"Kredit və kommunal xərclərlə bağlı güzəştlərin edilməsi əhalinin müəyyən kəsiminin vəziyyətinə müsbət təsir edəcək"

Bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb. Dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir.

Məhz bu məqsədlə pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb. Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir. İqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir. Hazırda hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır. Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun əsas məqsədi bu təsirlərin və belə təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, iqtisadiyyata və sahibkarlığa dəstək paketinin formalaşdırılmasıdır. Dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.

Atılan mühüm addımlarla bağlı "Sherg.az"a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, kornovirusla bağlı sosial paketin qəbul olunması təqdirəlayiqdir.



Ekspert bildirib ki, kredit və kommunal xərclərlə bağlı güzəştlərin edilməsi əhalinin müəyyən kəsiminin vəziyyətinə müsbət təsir edəcək: 

"Proqramda nəzərdə tutulanlar olduqca mühüm məqamlardır. Yaxşı olar ki, sahibkaralara və digər sahələrə ayrılan vəsaitdən sahibakarlıq subyektlərinin səmərəli istifadəsinə ciddi nəzarət edildin. Bununla yanaşı aylıq əmək haqlarından vergi tutulması dayandırılmalıdır. Eyni zamanda qazın limiti aradan qalxmalı, benzinin ucuzlaşmasına gedilməlidir. Bu, əhalinin sosial vəziyyətinə daha müsbət təsir edər".

Analitikə görə, bundan başqa ölkəyə idxal edilən ərzaq məhsulları ƏDV-dən tam azad edilməlidir: 

"Dövlət başçısı İlham Əliyev post-neft dövrünə keçidi qeyd etdi. Prezidentin bu çıxşı çox ciddi məsələdir və islahatların labüdlüyünü özündə ehtiva edir. Liberal və rəqabətli iqtisadiyyata keçilməli və əhalinin sosial vəziyyətinin bu çətin dönəmdən sonra da yaxşılaşdırlması üçün ciddi güzəştlərin edilməsi mütləqdir".

Siyasi şərhçiyə görə, koronovirus bütün dünyada siyasi və iqtisadi dəyişikiliyi gətirir: 

"Azərbaycanda bundan yan keçməyəcək. O baxımdan ölkənin güclənməsi üçün səmərəli addımların atılması, xalq və dövlət birliyi qorunması çox vacibdir".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu