"İnsan təkcə özünü deyil, ətrafını və başqalarının həyatını qorumalıdır" - Partiya funkusioneri

""Evdə qal" tələbinə hər kəs özündən başlamalı, karantin rejiminə birmənalı əməl etməlidir".

Bunu “Sherg.az”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Asif Şəkərli deyib. 

Partiya təmsilçisi bildirib ki, insan təkcə özünü deyil, ətrafını və başqalarının həyatını qorumalıdır:

"Dünya miqyaslı bir bəla olduğundan, bütün müsbət effekt verən tələblərə əməl olunmalıdır. Mən ətrafımda olan insanlara bu virusun nə qədər təhkükəli və ciddi olduğunun vacibliyini anladıram. Təbliğ edirəm ki, mümkün qədər ehtiyac olmadığı təqdirdə evdən çıxmasınlar. Özüm də bütün bunlara əməl edir, günümü mütaliə, sosial şəbəkələrdə, yüngül həyət işləri ilə keçirirəm. Dövlətimiz də gərəkən addımları atır. İnşallah xalqımız bu bəladan üzü ağ, az itki ilə çıxar. Həkimlərimizə də bu işdə  məsuliyyətli, ağır iş düşür. Onlara da təşəkkür edirəm.Tanrı dünyamızı qorusun!".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu