Bolnisidə 19 yaşlı qadın koronavirusa yoluxub


Gürcüstanda azərbaycanlıların Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan olan 19 yaşlı hamilə qadının yeni növ koronavirusa (COVİD-19) yoluxması təsdiqlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili bildirib.

Onun sözlərinə görə həmin qadın Tbilisidə Birinci Universitet Klinikasına yerləşdirilib. 

Yoluxma ilə əlaqədar olaraq Kəpənəkçi kəndində karantin tədbirlərinə, əraziyə giriş çıxışa nəzarət gücləndirilib, əlavə polis postları qurulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu