Ermənistanda cəzaçəkmə müəssisənin 5 əməkdaşı koronavirusa yoluxub


Ermənistanda cəzaçəkmə müəssisənin əməkdaşlarında koronavirus aşkarlanıb.

APA-nın "armepress"ə istinadən verdiyi xəbərə görə, Ermənistan Ədliyyə Nazirliyinin nəzdində olan "Vardaşen" cəzaçəkmə müəssisəsində koronavirusla bağlı müayinə aparılıb və nəticədə cəzaçəkmə müəssisəsinin işçilərindən birinə COVID-19 yoluxma diaqnozu qoyulub. 

Müayinələrin davam etdirilməsi nəticəsində daha dörd nəfərin virusa yoluxduğu məlum olub. 

Ədliyyə Nazirliyi bildirib ki, koronavirusa yoluxmuş 5 nəfər xəstəxanaya yerləşdirilib. 

Cəzaçəkmə müəssisəsinin digər 28 işçisi karantinə alınıb və onlardan da nümunələr götürülüb. Qeyd olunub ki, virusa yoluxan işçilər xidmətlərini cəzaçəkmə müəssisəsinin xaricində aparan şəxslərdir və onlar məhbuslarla əlaqədə olmurlar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu