Aprelin 7-də Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı təqdim ediləcək


Milli Məclisin aprelin 7-də keçiriləcək iclasının gündəliyinə 5 məsələ daxil edilib.

APA-nın məlumatına görə, gündəliyə Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti haqqında hesabatının təqdim edilməsi də daxildir.

Bundan başqa gündəliyə  “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (II oxunuş), “Azərbaycam Respublikası Milli Məclisin daxili nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (II oxunuş), “Azərbaycan Respublikası Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi salınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu