Ötən il Azərbaycanda inflyasiya MDB məkanında ən aşağı göstəricilərdən olub


2019-cu ildə hökumətin pul siyasətinin son hədəfini inflyasiya səviyyəsinin elan edilmiş dəhlizində (4+-2%) saxlanılması təşkil edib.

APA-nın məlumatına görə, bu Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında əksini tapıb.

Hesabatda qeyd olunur ki, il ərzində Azərbaycanda inflyasiya hədəf diapazonunu qorumaqla, MDB məkanı və tərəfdaş ölkələr arasında ən aşağı göstəricilərdən olub. Sənəddə bildirilir ki, ilin yekunu üzrə orta illik inflyasiya 2,6 faiz təşkil etməklə, hədəf diapazonunun mərkəzindən də aşağıda olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu