"Anam tək yaşayır, gedib bazarlığı qoyub, qapıdan qayıdıram" - Faiq Ağayev



"Anamın 76 yaşı var. Tək yaşayır. Novruz bayramından indiyənə kimi onu görmürəm. Maska, əlcək taxır, gedib bazarlığı qoyub, qapıdan qayıdıram".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "5/5" verilişində deyib. Müğənni anasını koronavirus infeksiyasına görə ziyarətə getmədiyini bildirib. O, aparıcının "Üç oğlu var, sizlə, o biri qardaşınızla qalsın" sözlərinə belə cavab verib: 

"Atam deyirdi ki, mənim arvadım sizə qulluqçu deyil. Görmək istəyirsinizsə, gəlin, axşam saat 11-ə kimi oturun, sonra gedin evinizə. Atam vəsiyyət etdi ki, nə arvadım kiminsə evində qalsın, nə də siz onunla qalın. Mən və böyük qardaşım ona yaxınd qalırıq".

"Mənim öz aləmim var. Yoldaşım mənim özümə də deyib ki, heç kimlə qalma. Gəlinin öz işi var. Orada tək qalmaqdansa, üzüm ağ öz evimdə qalıram" deyə, F.Ağayevin anası söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu