Ötən il 19 polis xidmətdən, 37-si vəzifədən azad edilib

Keçən il daxili nəzarət çərçivəsində aşkarlanmış 290 fakt üzrə 378 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

Hesabatda qeyd edilib ki, onlardan 19-u daxili işlər orqanlarından xidmətdən azad olunub, 37-si tutduğu vəzifədən azad edilib, 322 əməkdaş barəsində digər tənbeh tədbirləri görülüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu